Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda son statistika: 1 392 yoluxma, 29 ölü

  • 2021.04.29 16:32
  • 1470 Baxış
Azərbaycanda son statistika:  1 392 yoluxma, 29 ölü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 392 yeni yoluxma faktı qeydə alınıb, 2 274 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.


İndiyədək ölkədə ümumilikdə 317 913 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 287 298 nəfər müalicə olunaraq sağalıb, 4 490 nəfər vəfat edib. 26 125 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 756, bu günə qədər isə ümumilikdə 3 229 867 test icra olunub.