Azərbaycanda daha 38 nəfər koronavirusdan öldü

  • 2020.12.26 16:50
  • 2011 Baxış
Azərbaycanda daha 38 nəfər koronavirusdan öldü
Azərbaycanda koronavirusa (COVID-19) 1428 yeni yoluxma faktı qeydə alınıb, 4255 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 38 nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 46 238 nəfərə çatıb.


Ölkədə son sutka ərzində 12 507, hazırkı dövrədək isə 2 141 798 test aparılıb.

Ümumi ölənlərin sayı 2454 nəfərdir.

Ümumi yoluxanların sayı 213 192 nəfər, ümumi sağalanların sayı 164 500 nəfərdir.