Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda daha 406 yoluxma qeydə alındı - SON STATİSTİKA

  • 2021.05.21 17:05
  • 1488 Baxış
Azərbaycanda daha 406 yoluxma qeydə alındı -  SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 406 yeni yoluxma faktı qeydə alınıb, 769 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 331 883 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 319 271 nəfər müalicə olunaraq sağalıb, 4 839 nəfər vəfat edib. 7 773 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 009, bu günə qədər isə ümumilikdə 3 435 192 test icra olunub.