Azərbaycanda daha bir oğul anasına qaraciyərini bağışladı

  • 2023.11.27 14:07
  • 957 Baxış
Azərbaycanda daha bir oğul anasına  qaraciyərini bağışladı

Sirrozdan əziyyət çəkən qadın oğlunun donorluğu ilə ölümdən qurtuldu.

"Medicina" xəbər verir ki, transplantoloq Tariyel Nadirov həm donor, həm orqan nəqli əməliyyatının uğurlu keçdiyini bildirib.

Həyatda qalmaq üçün tək şansı qaraciyər köçürülməsi olan xəstəmiz sirrozun yaratdığı ağırlaşmalarla bizə gəldiyində (portal venada ciddi xroniki tromboz əlamətləri) oğlu heç düşünmədən donor olacağını dedi. Bütün hazırlıqlardan sonra hər ikisi əməliyyata alındı.

Hər ikisinin əməliyyatı normal keçdi. Oğlu anasını palatada ziyarət edən zaman bağışladığı qaraciyər parçasının normal çalışdığını öyrəndikdə çox sevindi.
Əməliyyatdan 6 gün sonra donoru evə göndərdik. Xəstəmizin də ümumi vəziyyəti tam normaldır.Yaxın günlərdə onu da evə göndərməyi planlayırıq".


Aygün M