Azərbaycanda daha bir şagird qızılcadan öldü

  • 2023.12.05 17:56
  • 1323 Baxış
Azərbaycanda daha bir şagird       qızılcadan öldü


Neftçala rayonunun Aşağı Surra kəndində 10 yaşlı məktəbli qızılcadan ölüb.

"Medicina" xəbər verir ki, 2013-cü il təvəllüdlü Samirə Elxan qızı Əliyeva xəstəxanaya çatdırılsa da, həkiməqədər ölüm halı qeydə alınıb.

Yaxınlarının bildirdiyinə görə, o, bir həftə əvvəl qızılcaya yoluxub. Ailəsi onu ev şəraitində müalicə etməyə çalışıb. Lakin getdikcə vəziyyəti daha da ağırlaşıb. S.Əliyeva xəstəxanaya aparılan zaman yolda vəfat edib.

Onun qardaşı da bir müddət əvvəl qızılcaya yoluxub və sağalıb.

Xatırladaq ki, bu, son günlər ərzində qızılcadan həyatını itirən dördüncü uşaqdır.