Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda daha üç məktəb koronavirusa görə BAĞLANDI

  • 2021.03.30 16:46
  • 1362 Baxış
Azərbaycanda daha üç məktəb koronavirusa görə  BAĞLANDI


Ağdaş və Qəbələ rayonlarında fəaliyyət göstərən üç məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

Medicina.az xəbər verir ki, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.

Qəbələ rayon 3 nömrəli orta məktəbdə dərslər distant formada davam etdiriləcək.

Eyni zamanda, Ağdaş şəhər S.Vurgun adına 1 və 5 saylı orta məktəbdə dərslər dayandırılıb.

Dərslər iki həftə distant formada davam etdiriləcək.