Azərbaycanda distant təhsilə keçən siniflərin sayı açıqlandı

  • 2021.10.29 11:14
  • 1358 Baxış
Azərbaycanda distant təhsilə keçən siniflərin  sayı açıqlandı
Azərbaycanda koronavirusa görə distant təhsilə keçən siniflərin sayı açıqlanıb.

Medicina.az -ın məlumatına görə, Təhsil Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, pandemiya səbəbindən ölkə üzrə 542 sinif distant təhsilə keçib.

"Bu, ölkə üzrə ümumtəhsil məktəblərinin 0,6 faizini təşkil edir", - nazirlikdən bildirilib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə sentybarın 22-dən aşağı siniflərdə (I-IV), sentybarın 29-dan isə yuxarı siniflərdə (V-XI) ənənəvi tədris bərpa edilib.