Alimlər milyonlarla qadın və kişiyə müraciət edərək, standart 8 saatlıq yuxu rejiminə əməl etmək üçün inandırıcı təklif ediblər.
Alimlər sübut edib ki, yuxusuzluq bizi yaşımızdan qoca göstərir.
Medicina.az xəbər verir ki, yuxusuzluğun xroniki yorğunluğa, göz altında torbalara, bir sıra xəstəliklərin riskinin artmasına, depressiyaya, diş problemlərinə və hətta saç tökülməsinə səbəb olduğu müəyyən edilib.
Lakin bu dəhşətli hekayələrin heç biri müasir insanları qorxutmur, çünki onlar hələ də lazım olduğundan az yatırlar. Stokholmdakı Karolinska İnstitutunun alimləri sübut ediblər ki, gündə iki-dörd saatlıq yuxu çatışmazlığı belə insanı daha çirkin və qoca göstərir.
Könüllülər kifayət qədər yatmadıqdan sonra daha az cəlbedici qiymətləndiriliblər. Onlar həmçinin daha yorğun, daha az sağlam və daha da az dostcasına görünürdülər.
Tədqiqatçılar 18-47 yaş arası kişilərin və qadınların iki gecə səkkiz saatlıq yuxudan sonra şəkillərini çəkiblər. Daha sonra iki gecə dörd saatlıq yuxudan bir həftə sonra yenidən çəkilib. Hər fotoda bütün iştirakçılardan heç bir zərgərlik və ya makiyaj olmadan poza vermələri tələb olunub.
Təsadüfi olaraq seçilmiş 122 könüllüdən ibarət qrup iştirakçıların cəlbediciliyini qiymətləndirib. Onlardan görünüş, sağlamlıq, dostluq və etibarlılıq kimi amilləri qiymətləndirmələri istənilib.
Məlum olub ki, yaxşı istirahət edən iştirakçılar ən cəlbedici və sağlam hesab olunurlar. Tədqiqat müəlliflərinə görə, yuxu məhrumiyyəti üzün solğunluğunu, dərinin qırışmasını artırır və bu, gözlərin altında tünd dairələrin görünüşünü artırır və insanın cəlbediciliyinə mənfi təsir göstərir. İnsanların nə qədər yatmasından asılı olmayaraq sabit qalan yeganə xüsusiyyət onların etibar yaratmaq qabiliyyəti idi.
Qeyd edək ki, həkimlər Azərbaycanda da yuxusuzluğun problem olduğunu dəfələrlə deyib.
Hətta uşaqlar belə gecə saat 1-2ə kimi oyaq qalır, bir çox iaşə obyekləri səhərə kimi işləyir. Bu isə gecə səssiz şəkildə sağlam yuxu almağa mane olur.
Aygün Musayeva