“Azərbaycanda ən azı ilin sonuna kimi karantin rejimində yaşayacağıq” – Təbib sədrindən AÇIQLAMA

  • 2020.05.15 18:12
  • 3488 Baxış
“Azərbaycanda ən azı ilin sonuna kimi karantin rejimində yaşayacağıq”  – Təbib sədrindən AÇIQLAMA



Bütün ölkələr karantin çıxmaqla əhalini müəyyən qaydalar çərçivəsində virusla birgə yaşamağa sövq etməyə hesablanıb.

“Virus bizim aramızdadır. Ondan xilas olmağın bir yolu peyvənddir, ona da hələ bir il var.
Digər kənarlaşdırma metodu müalicədir. Bunun üçün antivirus dərman da yoxdur.

Bütün sosial, iqtisadi, psixoloji amillər onu deməyə vadar edir ki, qaydalar çərçivəsində yaşamağa alışmalıyıq.

May ayının 31-də karantin rejimi tam başa çata bilərmi sualına cavab budur: ölkədə bu ilin sonuna kimi virusla bağlı karantin rejimi davam edəcək”.