Azərbaycanda gənc nazirlik işçisi qəfildən vəfat etdi

  • 2021.11.10 16:05
  • 1554 Baxış
Azərbaycanda gənc nazirlik işçisi  qəfildən vəfat etdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşı qəfildən vəfat edib.

Medicina.az xəbər verir ki, nazirliyin insan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli vəfat edib.

ETSN-nin mətbuat katibi İradə İbrahimova saytımıza məlumatı təsdiqləyib.

Nazirliyin rəsmisi qeyd edib ki, O.Məhərrəmli ürəktutmasından vəfat edib.

O, 1985-ci il təvəllüdlüdür. Bakı Dövlət Universitetinin coğrafiya müəllimliyi fakültəsini bitirib.

2007-2009-cu illərdə “Samur” MMC direktor müavini, 2009-2010-cu illərdə ARDNŞ “Neft Daşları” Neft Qaz Çıxarma İdarəsində komendant, 2010-2012-ci illərdə ARDNŞ “Azərikimya” İB-də kadrlar üzrə mühəndis, 2012-2018-ci illərdə ARDNŞ “Azərikimya” İB-də Kadrlar və kadr hazırlığı şöbəsi, şöbə rəisinin müavini vəzifələrində işləyib.

2018-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnsan Resurslarının İdarə Edilməsi Şöbəsinin müdiri vəzifəsində işləyib.

İki övladı var.