Azərbaycanda hazırda koronavirusun ikinci dalğası yaşanır

  • 2020.05.15 18:31
  • 2541 Baxış
Azərbaycanda hazırda  koronavirusun ikinci dalğası yaşanır

“Hazırda ölkədə koronavirus pandemiyasının ikinci dalğası yaşanır. Bu prosesin hansı formada davam edəcəyi sosial məsuliyyətdən, vətəndaşların davranışından asılı olacaq”.

Medicina.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, koronavirusa yoluxanların 76,6 faizində yüngül, 23-24 faizində isə daha ağır simptomlar qeydə alınıb:

“Xəstələrin 7-12 faizinin vəziyyəti ağır, 4.5 faizinin vəziyyəti isə daha ağır kimi qiymətləndirilib. Xəstələrin 1,6 faizinin süni nəfəs aparatına ehtiyacı yaranıb”.