Azərbaycanda hazırda yayılan virus qripdir - İnfeksionist

  • 2023.01.06 17:07
  • 1798 Baxış
Azərbaycanda hazırda yayılan virus qripdir   - İnfeksionist

Azərbaycanda hazırda yayılan virusun qrip olduğu ehtimal edilir


"Medicina" xəbər verir ki, bu barədə Trend-in suallarını Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev cavablandırıb.


O, qeyd edib ki, qış aylarında sadəcə koronavirus deyil eyni zamanda artıq Avropada da geniş yayılmaqda olan qrip virusu da özünü göstərir.


"Qripə yoluxan insanlarla COVID-19-a yoluxan insanların sayı eyni nisbətdə görülür. Təbii ki, Azərbaycanda da qızdırma, öskürək, ümumi halsızlqla bağlı şikayətlər qış aylarında artmağa başlayır və sürətlə yaılır. Azərbaycanda hazırda yayılan virusun qrip olduğu ehtimal edilir.

İstənilən halda koronovirusa da qripə qarşıda profilaktik tədbirlər və müalicə eynidir. Sadəcə sağlam qidalanaraq, mövsümə uyğun geyinərək, zamanında peyvənd olunaraq virusdan qoruna bilərik. Artıq yoluxan insanlar isə gərəksiz antibiotik və qrip əleyhinə dərmanlardan uzaq durmalıldır.