Azərbaycanda həbsdə olan şəxs qaşıq uddu

  • 2020.05.16 17:17
  • 1452 Baxış
Azərbaycanda həbsdə olan  şəxs qaşıq uddu


Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında saxlanılan Həsənli Ayxan Şamil oğlu qaşıq udub.

Medicina.az apa-ya istinadən xəbər verir ki, A. Həsənli dərhal xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, qaşıq çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.