“Azərbaycanda heç bir idmançı koronavirusdan test edilməyib” - Nazirlikdən AÇIQLAMA

  • 2020.05.20 17:55
  • 932 Baxış
“Azərbaycanda heç bir idmançı koronavirusdan  test edilməyib”   - Nazirlikdən AÇIQLAMA


Gənclər və İdman Nazirliyi Azərbaycanda idmançılarında koronavirusa yoluxma halının qeyd alınmadığını açıqlayıb.

Medicina.az xəbər verir ki, qurum yaydığı məlumatda COVİD-19 şübhəsi ilə heç bir idmançı haqqında informasiya almadıqlarını bildirib:

“Karantinin elan olunmasından öncə Azərbaycanda yaşayan idmançılar təlim məşq toplantılarından, yarışlardan vətənə qayıdıblar.

Karantin dönəmində onlar evdə olublar. Federasiya tərəfindən nazirliyə mütəmadi olaraq idmançıların sağlamlığı ilə bağlı hesabatlar daxil olurdu.

Nazirlik tərəfindən federasiyalara ehtiyac olacağ təqdirdə testlərin götürülə biləcəyi və karantində saxlanılmaları üçün hər bir şəraitin olduğu haqda məlumat verilib. Bu günə COVID 19-la bağlı şübhəli heç bir idmançı haqqında məlumat daxil olmayıb”.