Azərbaycanda ikinci dalğa başlayıb

  • 2020.12.15 15:44
  • 1768 Baxış
Azərbaycanda ikinci dalğa başlayıb

“Ölkəmizdə xəstəliyin dinamikası fevral ayından bəri artır. Hazırda xəstəliyin ikinci dalğası ilə çətin günləri yaşayırıq”.

Bunu brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, bu gün ölkədə gündəlik yoluxma dörd min civarındadır:

“Biz dörd minin üzərində olan yoluxmaların öhdəsindən gəlirik. Lakin ölüm hallarının artması bizi vadar edir ki, vaksinasiya başlansın”.