Azərbaycanda kimlər koronavirusa yoluxma riski daşıya bilər? – SİYAHI

  • 2020.01.28 16:13
  • 6987 Baxış
Azərbaycanda  kimlər koronavirusa yoluxma riski daşıya bilər? –  SİYAHI

Çində aşkarlanan, dünyaya yayılan 2019-n CoV adlı yeni virus ştammı 14 günlük inkubasiya dövrünə malikdir. Bu müddət ərəfəsində yoluxan insanda xəstəlik heç bir simptom və ağırlaşma biruzə verməyə bilər, yəni insan özünü tamam normal hiss edir, gəzir, danışır, işə gedir.


Yalnız 12-14 gündən sonra insan özündə qripə bənzər və getdikcə ağırlaşan vəziyyəti müşahidə edir.
Yoluxmuş insanlar bu 14 gün ərzində bütün ailəsi, yaxınları, iş yoldaşları və hər kəs üçün gizli təhlükə mənbəyidir.

Qeyd edək ki, koronavirus ilk dəfə 1965-ci ildə aşkarlanıb və zooviruslara aid olub, heyvanlarda rast gəlinirdi.
Hazırda bu virus insana keçərək ağır nəticələr verən mutasiyaya uğrayıb.

Medicina.az virusun Çinin sərhədlərini aşdığını və Azərbaycanda da artıq qabaqlayıcı tədbirlərin görüldüyünü nəzərə alaraq kimlərin koronavirusa yoluxma kimi risk qrupuna daxil olduğunu araşdırmışıq.

Müşahidələrə əsasən, bəzi peşə sahibləri birinci dərəcəli risk qrupuna daxildir və onlar xüsusilə ehtiyatlı olmalıdır.

1. Hava limanı, hava nəqliyyatı, qatar, avtomobil nəqliyyat sistemində çalışanlar, xüsusən xaricdən ölkəyə işləyən
2. Sərhəd keçid, gömrük məntəqələri əməkdaşları

3. Turistlərlə birbaşa əlaqəsi olan işlər – mehmanxana, otel, motel, nəqliyyat işçiləri
4. İri ticarət mərkəzləri, kütlə sıx olan xidmət sahələrində çalışanlar, satıcılar, adminstrator və mühafizəçilər, metro işçiləri

5. Təcili yardım, xəstəxana, reanimasiya tibb personalı

6. Azyaşlı uşaqlar, hamilə qadınlar

7. Ailəsində yanvar ayında və bundan sonrakı dövrdə xaricdən qonağı və ya ailə üzvü gələnlər
8. Yanvar-fevral ayında xarici ölkələrə səfər edənlər