Azərbaycanda komendant saatı ləğv edilir - Bu tarixdən

  • 2020.12.07 16:02
  • 1218 Baxış
Azərbaycanda komendant saatı ləğv edilir  - Bu tarixdən

Azərbaycanda müharibə vəziyyəti ilə bağlı elan olunmuş komendant saatı ləğv ediləcək.

Milli Məclisin dekabrın 11-də keçiriləcək növbəti iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00.00-dan "Hərbi vəziyyətin ləğv olunması haqqında" Fərmanının təsdiq edilməsi barədə Milli Məclisin Qərarına baxılacaq.

İclasda bununla yanaşı, Hesablama Palatasının sədrinin təyin edilməsi barədə məsələ müzakirə olunacaq. (trend)