Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı AÇIQLANDI

  • 2021.03.12 12:18
  • 1845 Baxış
Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı AÇIQLANDI

Martın 11-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 9 825 nəfər vaksinasiya olunub.

Bu barədə Medicina.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 443 888 nəfər peyvəndlənmə prosesində iştirak edib: "Vaksinasiya bütün rayonlarda uğurla davam etdirilir".