Azərbaycanda koronavirusa yoluxanların son sayı

  • 2021.03.27 17:02
  • 1533 Baxış
Azərbaycanda koronavirusa yoluxanların son sayı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 690 yeni yoluxma faktı qeydə alınıb, 713 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.


Azərbaycanda indiyədək ümumilikdə 254 370 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 235 606 nəfər müalicə olunaraq sağalıb, 3 464 nəfər vəfat edib, aktiv xəstə sayı 15 300 nəfərdir.

Son sutka ərzində 9 670, hazırkı dövrədək isə 2 826 454 test aparılıb.