Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artdı

  • 2020.08.11 16:41
  • 2683 Baxış
Azərbaycanda koronavirusa yoluxma sayı  yenidən artdı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 84 yeni yoluxma faktı qeydə alınıb.

Medicina.az xəbər verir ki, 214 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 731 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 856 nəfər müalicə olunaraq sağalıb, 495 nəfər vəfat edib, 2 380 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.