Azərbaycanda körpə oğlan uşağı küçəyə atıldı - FOTO

  • 2021.07.22 14:03
  • 1599 Baxış
Azərbaycanda körpə oğlan uşağı küçəyə atıldı -  FOTO
Azərbaycanda daha bir yenidoğulan körpə küçəyə atılıb.

Medicina.az xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə feysbuk səhifəsində yazıb.

O bildirib ki, körpə oğlan Ağcabədi rayonunda küçəyə atılıb: "Bu mələk bu gündən anasızdır. 15 gün ərzində bizim bildiyimiz 3-cü atılan uşaqdır. Bu dəfə də Ağcabədidə".

Xatırladaq ki, daha öncə Sumqayıtda və Ucarda körpələr küçəyə atılmışdı.