Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda məşhur alim reanimasiyaya yerləşdirildi- Koronavirus ağırlaşması

  • 2021.01.06 15:51
  • 1440 Baxış
Azərbaycanda məşhur alim reanimasiyaya yerləşdirildi - Koronavirus ağırlaşması


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli koronavirusa yoluxub və Fövqaladə Hallar Nazirliyinin (FHN) modul tipli hospitalına yerləşdirilib.

"BakuPost" AYNA-ya istinadən xəbər verir ki, bu barədə alimin həyat yoldaşı Arzu Əzimli məlumat verib.

“Dilavər bir müddət əvvəl xəstənləndi, özündə koronavirusun əlamətlərini hiss edib analiz verdi və COVID-19-a yoluxduğu məlum oldu. Bizə məsləhət gördülər ki, onu modul tipli xəstəxanaların birinə yerləşdirək ki, həkim nəzarətində olsun. Biz də birbaşa peşəkar müalicə üçün onu Fövqaladə Hallar Nazirliyinin modul tipli xəstəxanasına yerləşdirdik. Xəxtəxanaya yerləşdirəndə bizə qanında oksigen dərəcəsinin normal olduğunu dedilər və palataya yerləşdirəndə də vaxtında, gecikdirmədən gəldiyimizi söylədilər. Amma xəstəxanada vəziyyəti pisləşməyə başladı”, - xanım bildirib.

Yanvarın 3-ü gecə həyat yoldaşına zəng gəlib ki, D.Əzimlinin vəziyyəti ağırlaşıb: “Dedilər ki, oksigen aparatına qoşublar və artıq telefonla mənimlə danışa bilməyəcək. Yəni, nə lazımdırsa, həkimdən soruşmalıyam. Həmin gün günortadan sonra bildik ki, onu artıq reanimasiyaya köçürüblər. Reanimasiyada bir az yaxılaşsa da, yenə pisləşmişdi. Dünəndən etibarən isə vəziyyəti daha da ağırlaşıb, süni nəfəs aparatına qoşublar”.


“Mən bir şeyi başa düşmürəm ki, həkimin nəzarəti altında xəstəxanaya yerləşdirildiyi halda, vəziyyəti qəfildən niyə pisləşib? Əgər, onu vaxtı-vaxtında müalicə ediblərsə, vəziyyəti niyə ağırlaşmalıdır? Üstəlik, onun şəkər və digər ağır xəstəlikləri də yox idi. Ona görə də daha çox daimi nəzarət olmamasından narahatam”, - deyə A. Əzimli vurğulayıb.