Azərbaycanda meymunçiçəyi şübhəsilə 2 nəfər test verib

  • 2022.07.18 14:31
  • 1629 Baxış
Azərbaycanda meymunçiçəyi şübhəsilə 2 nəfər   test verib


"Bu gün üçün meymunçiçəyi ilə bağlı ölkədə yoluxma faktı qeydə alınmayıb".


Medicina.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, epidemioloji vəziyyət diqqətlə izlənilir və şübhəli hallar qeyd edildikdə PZR üsulu ilə laborator diaqnostika üçün bütün imkanlar mövcuddur.

Testlərdən istifadəyə gəldikdə bugünə qədər iki testdən istifadə edilib. Müraciət edənlərdən test nümunələri götürərək Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərib.


Hər iki şəxsin test nəticəsi neqativdir.