“Fevralın 1-dən indiyə kimi 164 ibtidai sinif şagirdində koronavirusa yoluxma qeydə alınıb. Bunların hamısı məktəbdə olmayıb”.
Medicina.az xəbər verir ki, Təhsil naziri Emin Əmrullayev özünün “Facebook” hesabında canlı yayım bu barədə açıqlama verib.
Onun sözlərinə görə, V-IX sinifdə təhsil alan 282 şagird COVID-19-a yoluxub.
“Məktəbəqədər hazırlıq sinif şagirdləri arasında koronavirusa yoluxanların sayı 23 nəfər olub. 714 nəfər işçi heyəti yoluxub”.
Nazir qeyd edib ki, koronavirusa görə 626 sinif distant təhsilə keçirilib:
“Onlardan 233 məktəbdə dərslər artıq bərpa edilib. 48 məktəb distant təhsilə keçirilmişdi. 41-i hazırda da distantdadır, yeddi məktəbdə isə ənənəvi təhsil forması bərpa edilib”.