Azərbaycanda "Omikron" daxil olmaqla bütün mutasiyalar üzrə yoxlamalar aparılır

  • 2021.11.29 15:08
  • 955 Baxış
Azərbaycanda "Omikron" daxil olmaqla bütün mutasiyalar üzrə yoxlamalar aparılır

Azərbaycanda "Omikron" ştamı da daxil olmaqla bütün mutasiyalar və əlaqəli ştamlar üzrə yoxlamalar aparılır. Ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir.
Bu barədə Aztibb.az-a açıqlamasında Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev məlumat verib.

O, bildirib ki, müvafiq yoxlamalarda hələ ki, yeni "Omikron" ştamı aşkarlanmayıb.


Həkim-infeksionist Nəzrin Mustafayeva isə açıqlamasında bildirib ki, mövcud peyvəndlər bütün mutasiyalar, o cümlədən “Omikron” stamına yoluxma zamanı ağırlaşmaya və ölümə qarşı təsirli olaraq qalırlar.