Azərbaycanda qadınlar kişilərdən çox yaşayır - STATİSTİKA

  • 2019.12.11 15:24
  • 2252 Baxış
Azərbaycanda qadınlar kişilərdən çox yaşayır -  STATİSTİKA
Dövlət Statistika Komitəsi (DSK) Azərbaycanda orta ömür uzunluğu ilə bağlı son 5 ilin statistikasını açıqlayıb.

Medicina.az xəbər verir ki, komitənin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu məlumatlar dövriliklə əldə edilir:

“2014-cü ildə bu göstərici 74,2 yaş, 2015-ci və 2016-cı illərdə 75,2 yaş, 2017-ci ildə 75,4 yaş, 2018-ci ildə 75,8 yaş təşkil edib”.

Onun sözlərinə görə, 2019-cu ilə dair statistik məlumatlar ilin yekununda əldə ediləcək. DSK rəsmisi həmçinin qeyd edib ki, kişilər üzrə orta yaş 73.3, qadınlar üzrə 78.2 yaşdır.