"Azərbaycanda Sinovac peyvəndi dayandırılmalı, təcili olaraq əhaliyə..." - Professordan ÇAĞIRIŞ

  • 30 Noy 2021 16:16
  • 8748 Baxış
"Azərbaycanda Sinovac peyvəndi dayandırılmalı, təcili olaraq əhaliyə..." -  Professordan ÇAĞIRIŞ
Azərbaycanda kovidə qarşı 1 ildən çoxdur əhaliyə vurulan Sinovac peyvəndinin koronavirusa qarşı effektiv təsiri və müdafiəsi yoxdur. Bu peyvənddən antitel ya yaranmır, yaransa da cüzi yaranır. Sinovakın Delta və yeni Afrika stamına qarşı təsiri ümumiyyətlə yoxdur.

Medicina.az-a açıqlamasında bu sözləri tanınmış pulmonoloq, professor Əlizamin Sadıqov yeni aşkarlanmı “Omikron”a qarşı qorunma yollarından danışarkən bildirib.

“Mən özüm 2 doza Sinovak vurdurmuşdum. Antitelləri yoxladım, heç 15-16 deyildi. Bu antitellər yaşlı, xəstə insanlarda ümumiyyətlə yaranmaya bilər. İnsanlar 2 doza Sinovac vurdurub, buster dozanı eyni peyvənddən seçərək
qorunacağına ümid edir. Eləcə də Təbib əhalini peyvəndləyib, koronavirusa qarşı tədbir gördüyünü düşünür. Lakin elmi araşdırmalar və şəxsi qənaətim göstərdi ki, hazırda Sinovac bir işə yaramır. Ona görə Azərbaycan əhalisini, insanlarımızı vaksinləşdirilməmiş hesab edirəm. Təcili olaraq, yaşı 60-dan yuxarı şəxslər, risk qrupunda olan şəxslərə 2 doza Pfizer vurulmalıdır. Əks təqdirdə yeni ştamm ölkəyə gəldiyi təqdirdə insanlar müdafiəsiz qalacaq.

Mən şəxsən 3-4-cü dozanı Pfizer vurdurdum. Və əminəm ki, antitellər yüksəkdir. Çünki neçə aylardır kovid xəstələrini qəbul edirəm, xəstəxanada işləyirəm, instituta gedirəm, kovidlə təmasda olmuşam, amma hələ yoluxmamışam. Bunu Pfizerin nəticəsi hesab edirəm.

Minlərlə xəstə üzərində müşahidələrim göstərdi ki, bu gün ölkədə tətbiq edilən Sinovak vaksini effektsizdir. 2 doza Sinovak alıb xəstələnib, ölənlər var. Hətta buster doza vurdurub reanimasiyaya düşən var. 2 doza vaksin olunsa da, həyatını itirənlər olub.Bu dalğada kifayət qədər 2 doza vaksin vurduran xəstələrim oldu.

Bu gün xəstəm vardı, 2 vaksin olunub, ağciyərləri 70% tutulub. Buna nə deyək?

Çalışmayan, işləməyən bir vaksini ölkəyə gətirmək, insanları ümidli etmək, arxayın etmək doğru addım deyil. Ona görə hesab edirəm, səhiyyə qurumları təcili olaraq ÜST-ün də xəbərdarlığını gözə alıb, ölkəyə daha çox Pfizer alıb, 3-cü dozanı heç olmasa Pfizer vursunlar, xüsusən 6 ay əvvəl Sinovac vurduranlara yeni Pfizer dozası vurulmalıdır.

Özü də insanların hamısını eyni konteyner kimi qruplaşdırmaq olmaz ki, 2 doza vaksin vurmusan, ya yoluxub sağalmısan 6 ay sonra bir də peyvənd oluna bilərsən. Xeyr. Koviddə, vaksinasiyada yaşlı ilə gənci, usağı bir tutmaq olmaz. Yaşlı adamlarda bəlkə də heç antitel yaranmayıb, bəlkə 2 aya artıq antiteli itib. Antittel analizlərini yoxlamaq və daha qısa vaxtda üçüncü doza, dediyim kimi Pfizer vurulmalıdır”.