Bəzi sonsuz qadınların süni mayalanmasında əcnəbi kişi donordan istifadə edilirmiş Azərbaycanda ŞOK:

  • 2019.10.31 13:11
  • 3855 Baxış
Bəzi sonsuz qadınların süni mayalanmasında əcnəbi kişi donordan istifadə edilirmiş  Azərbaycanda ŞOK:

Dünyada sonsuzluq problemi yaşayan ailələrin sayı getdikcə
artmaqdadır. O cümlədən də Azərbaycanda. Xüsusilə də kişi sonsuzluğunun
artması bəzi qadınların donor mayalanması ilə hamilə qalmaq üsullarına
əl atmasına səbəb olur. Nəticədə bir çox ailənin övlad arzusu 3-cü
şəxsin iştirakı ilə gerçəkləşir.


Medicina.az xəbər verir ki, araşdırmalar görə, hətta
əcnəbi donorun süni mayalanmaya cəlb olunmasını istəyən ailələr də
var... Təbii ki, söhbət Azərbaycandan gedir. Bakıda süni
mayalanma həyata keçirən klinikalardan əldə etdiyimiz məlumatlarda kişi
donor kimi əcnəbilərdən də istifadə olunduğu istisna edilməyib. Bəs Azərbaycan qanunvericiliyində süni mayalanma zamanı əcnəbi vətəndaşların donor olmasına icazə verilirmi?  


Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev modern.az-a bildirib ki, hazırda mövcud qanunvericilikdə bu yöndə ciddi boşluq var: "Yəni qanun nəyi qadağa etmirsə, onu gerçəkləşdirə bilirlər. Amma Milli
Məclisin payız sessiyasının iş planına da salınan "Reproduktiv
sağlamlıq haqqında” qanun layihəsində bu məsələ daha da
konkretləşdirilib. Qanun layihəsində qeyd edilib ki, yalnız nikahda olan
şəxslərdən donor kimi istifadə edilə bilər, bətndənkənar mayalanma
etmək olar, nikahda olmayan - istər yerli, istərsə də əcnəbi şəxslərdən
donor kimi istifadə etmək olmaz”.


Musa Quliyev hazırda gerşəkləşdirilən mayalanmanı "süni mayalanma” deyil, "bətndənkənar mayalanma” adlandırıb. Deputat bildirib ki, yeni hazırladıqları sənədə əsasən, nikahda olan
şəxslərdən birinin hətta sonsuzluq problemi olsa belə, qanun kənar
şəxslərdən donor kimi istifadəni qadağan edəcək.


"Qanuna
əsasən, donor kimi ya nikahdakı şəxslərdən istifadə olunacaq, sonsuzluq
problemi olacaqsa belə, üçüncü bir şəxsdən istifadə edilməyəcək. Bu
qanunu yazanlardan biri mən olduğuma görə, məsələyə münasibətim artıq
bəllidir: donor kimi kənar şəxslərdən istifadə olunmasına qarşıyam”.


 


İlahiyyatçı, din xadimi Hacı Şahin Həsənli bildirib ki, süni mayalanmaya şəriətdə müxtəlif baxışlar var.


 


"Bəzi
din alimləri süni mayalanmanı icazəli hesab etmir. Digərləri isə süni
mayalanmada donor kimi xanımın sadəcə həyat yoldaşından istifadəsini
düzgün qəbul edir. Nikahdankənar şəxslərin donor kimi istifadəsinə din
alimlərində fərqli yanaşma var, əksəriyyət buna razı deyil. Şəriət kənar
şəxsin donor kimi istifadəsinə o vaxt icazə verir ki, həmin şəxsin
kimliyi bəlli olsun. Din donorun kimliyinin anonim saxlanmasına icazə
vermir. Şəriət əcnəbi vətəndaşın donor kimi istifadəsinə həmin şəxsin
müsəlman olduğu və kimliyi bəlli olduğu təqdirdə icazə verir”.

Bəzi sonsuz qadınların süni mayalanmasında əcnəbi kişi donordan istifadə edilirmiş  Azərbaycanda ŞOK: