Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda son 6 ayda koronavirus olunanlar blok ediləcək- TƏBİB

  • 2021.01.19 15:15
  • 3207 Baxış
Azərbaycanda son 6 ayda koronavirus olunanlar blok ediləcək - TƏBİB


TƏBİB COVİD-19 virusuna yoluxaraq sağalmış şəxslərin peyvənd olunub-olunmayacağına aydınlıq gətirib.

Medicina.az xəbər verir ki, TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, koronavirusa yoluxan şəxslər ilkin mərhələdə risk qrupu hesab edilmir:

"Son 6 ay ərzində xəstəliyi keçirmiş şəxslər "E-TƏBİB" sistemində bloklanmış halda olacaq. Lakin 6 aydan sonra (tibbi cəhətdən qandakı anticismlərin zəifləməsi nəzərə alınaraq) vətəndaş vaksinasiya strategiyasında nəzərdə tutulan risk qruplarına aiddirsə, peyvənd oluna bilər".