Azərbaycanda uşaqlar arasında yayılan təzə infeksiya

  • 2024.03.18 14:53
  • 1852 Baxış
Azərbaycanda uşaqlar arasında yayılan təzə infeksiya
Son 2 aydır qızılca ilə yanaşı uşaqları ağırlaşdırıb hətta xəstəxanaya salan, ağır gedişatlı infeksiya qrip deyil.

"Medicina" xəbər verir ki, pediatr Elşən Tağıyev Lent.az-a açıqlamasında hazırda uşaqlar arasında yayılan xəstəlik “streptokokk” infeksiyasının yayıldığını bildirib.


Onun sözlərinə görə, həmçinin qızılca, donuz qripi kimi tanıdığımız “influenza” virusları da yayılıb:

“Bütün bu xəstəliklər özünü yüksək hərarətlə biruzə verir. Bundan əlavə yazın gəlişi ilə “rotavirus” xəstəliyinin də mövsümi başlayır. Adətən yaz-payız aylarında göy öskürəklə bağlı da müraciətlərin sayı çoxalır. Həmçinin “streptokokk A” bakteriyasının törədicisi “skarlatina” xəstəliyi də yayılıb. “Streptokokk A” bakteriyasının müalicə olunmasa, gələcəkdə uşaqlarda revmatizmə, böyrəklərdə ağırlaşmaya səbəb olur. Uşaq “skarlatina” xəstəliyinə yoluxduqda yüksək temperatur, bədəndə səpkilər və boğazda qızartı müşahidə olunur. “Streptokokk A” bakteriyasının digər törədicisi “tanzilit” xəstəliyinə olduqda isə yalnız boğazda qızartılar müşahidə olunur”.