Azərbaycanda vaksin məcburi olmalıdır - Millət vəkili

  • 2021.04.27 16:01
  • 1499 Baxış
Azərbaycanda vaksin məcburi olmalıdır   - Millət vəkili

“Dünən mətbuatda oxudum ki, 365 nəfər vaksin vurub. Onlardan 363 nəfər birinci dəfə, 3 nəfər isə ikinci dozada peyvənd olunub. Bu say hansı səbəbdən azdır vaksin yoxdur, yoxsa insanlar vaksin olunmaq istəmir?”.

Medicina.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentdə çıxışında deyib.

O qeyd edib ki, insanlar vaksin olunmaq istəmirsə yaş həddini aşağı salmaq lazımdır: "Vaxtında müəyyən addımlar atılmış olsaydı, vəziyyət daha yaxşı olardı”.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deputata cavab olaraq ki, ölkədə vaksin çatışmazlığı yoxdur: “Peyvənd olunmaq istəyən insanların sayı azdır. Belə olarsa, yavaş-yavaş yaş həddini aşağı endirməli olacağıq”.

Deputat Fəzail Ağamalı da qeyd edib ki, vaksin olunmaq istəyənlərin sayı azdır: “Elə etməliyik ki, proses məcburi olsun. Eyni zamanda elə etməliyik ki, maarifləndirmə tədbirləri daha da artırılsın. İnsanlar vaksin vurdurmağa meyilli olmalıdır”.