Azərbaycanda yas yerlərində kütləvi yoluxma olub- RƏSMİ

  • 2020.05.29 19:06
  • 2787 Baxış
Azərbaycanda yas yerlərində kütləvi yoluxma olub - RƏSMİ

"Azərbaycanda, xüsusən rayon yerlərində yas mərasimlərində qadınların və kişilərin çox sayda toplaşması və qaydalara əməl etməməsi nəticəsində yas yerlərindən qaynaqlanan yoluxma halları olub".

Medicina.az xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki bu yerlərin fəaliyyətinə icazə verildikdən sonra vətəndaşlar qaydalara ciddi əməl etməli olacaqlar:

"Rayonlarda, xüsusilə həyət evlərində yas mərasimləri ilə bağlı qaydalara əməl olunmur. Yoluxma hallarının əksəriyyəti yas yerlərində baş verir. Yaşlı qadın və kişilər bir yerə toplanması bizi çox narahat edir".