Azərbaycanda yenidoğulmuşlar arasında da kovidə yoluxma var - Ginekoloq

  • 2021.11.26 16:19
  • 2150 Baxış
Azərbaycanda yenidoğulmuşlar arasında da kovidə yoluxma var -  Ginekoloq
“Ölkədə və dünyada yenidoğulmuşlar arasında koronavirusa kifayət qədər yoluxma var”.

Medicina.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-ginekoloqu Təranə Həsənova “TƏBİB məsləhəti”ndə deyib.

O bildirib ki, ana bətnində koronavirusa yoluxmaları yoxlamaq mümkün olmur: “Doğuşdan sonra uşaqlar testdən keçirilir. Bəzən doğuşdan 10 gün sonra qadın və uşaq da koronavirusa yoluxa bilir”.