Azərbaycanda sutkalıq yoluxma 4000 nəfəri keçdi- Antirekord

  • 2022.01.29 18:36
  • 1978 Baxış
Azərbaycanda sutkalıq yoluxma 4000 nəfəri keçdi - Antirekord


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 268 yeni yoluxma faktı qeydə alınıb, 1 486 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdana verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 651 341 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 622 672 nəfər müalicə olunaraq sağalıb, 8 700 nəfər vəfat edib, aktiv xəstə sayı 19 969 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 091, ötən müddət ərzində isə ümumilikdə 6 134 952 test aparılıb.


Azərbaycanda sutkalıq yoluxma 4000 nəfəri keçdi - Antirekord