Azərbaycanda yoluxma statistikası - 32 nəfər öldü

  • 2021.04.06 19:01
  • 2856 Baxış
Azərbaycanda yoluxma statistikası  - 32 nəfər öldü



Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 035 yeni yoluxma faktı qeydə alınıb, 776 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 273 869 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 243 467 nəfər müalicə olunaraq sağalıb, 3 743 nəfər vəfat edib, aktiv xəstə sayı 26 659 nəfərdir.

Ölkədə son sutka ərzində 12 701 test aparılıb.