Azərbaycandakı türk səfir koronavirusa yoluxub

  • 2022.04.02 17:27
  • 3199 Baxış
Azərbaycandakı türk səfir koronavirusa yoluxub

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı koronavirusa yoluxub.

Bu barədə türkiyəli diplomat “Twitter” hesabında yazıb:

“Həyat yoldaşımla COVID testimiz müsbət çıxdı. Ağır qrip kimi keçiririk. Allaha şükür vəziyyətimiz yaxşıdır”.

Cahid Bağçı onlarla maraqlandıqları üçün Azərbaycan Xarici İşlər Nazirliyinə, onun rəhbəri Ceyhun Bayramova və Azərbaycan Səhiyyə Nazirliyinə minnətdarlığını bildirib.