“Azərbaycanın böyük dostu koronavirusdan vəfat edib” - Hikmət Hacıyev

  • 2020.12.13 01:26
  • 4223 Baxış
“Azərbaycanın böyük dostu koronavirusdan vəfat edib” -  Hikmət Hacıyev
“Bu gün təəssüf hissi ilə Azərbaycanın böyük dostu və ədaləti hər zaman dəstəkləyən peşəkar jurnalist, “Aljazeera Arabic”in əməkdaşı Ömər Kaşramın COVID-19-dan vəfat etdiyini eşitdim”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında yazıb.


“Ömər 2016-cı ilin Aprel müharibəsində, eyni zamanda 2020-ci ilin 44 günlük müharibəsində də Azərbaycanla olub”, - deyə H.Hacıyev bildirib.