Azərbaycanlı diplomat xəstəlikdən vəfat etdi

  • 2024.02.07 15:46
  • 818 Baxış
Azərbaycanlı diplomat xəstəlikdən vəfat etdi


Azərbaycanlı diplomat Elşən Abduləzimov ağır xəstəlikdən vəfat edib.

"Medicina" xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) “X” sosial şəbəkə hesabında məlumat yayıb.

“Bu gün, dəyərli həmkarımız, peşəkar diplomat Elşən Səməd oğlu Abduləzimov ağır xəstəlikdən sonra vəfat edib. Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”, - XİN-in səhifəsində bildirilib.