Gürcüstan vətəndaşı, İkinci Dünya Müharibəsi veteranı 100 yaşlı Bayram Bayramov Bakıda həyətdə gəzərkən yıxılıb. 
Medicina.az xəbər verir ki, sağ bud boynunu sındıran ağsaqqal tanınmış travmatoloq-ortoped Sənan Aşirova müraciət edib. Doktor Aşirov dərhal 100 yaşlı Bayram Bayramovu əməliyyata alaraq sağ tərəfli bud-çanaq endoprotezi qoyulub. 
 
Sənan Aşirov bildirib ki, əməliyyatın səhərisi günü Bayram Bayramov yeriməyə başlayıb və uğurlu əməliyyat və müalicədən sonra evə buraxılıb.