Azərbaycanlı jurnalist koronavirusa yoluxub - FOTO

  • 2020.05.22 01:20
  • 24753 Baxış
Azərbaycanlı jurnalist koronavirusa yoluxub -  FOTO
Azərbaycanlı idman jurnalisti Anar Cəfərsoy koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, jurnalist bu barədə şəxsi feysbuk hesabında xəbər yayıb. Bildirib ki, iki həftədir güclü öskürək və yüksək temperaturdan əziyyət çəkir:

"İlk testin cavabı neqativ, ikincisi isə pozitiv oldu. Hazırda müalicə olunuram. Allaha güvənirəm, qorxulu nəsə yoxdur. Canınızın qədrini bilin, özünüzü qoruyun, koronavirusla zarafat etməyin".