“Azitromisin” dərmanından əlimizi üzməliyik, daha effekt vermir - Professor

  • 2022.06.03 14:50
  • 3781 Baxış
“Azitromisin” dərmanından əlimizi üzməliyik, daha effekt vermir   - Professor


Koronavirus pandemiyasının cəmiyyətə mənfi təsirləri, fəsadları çox oldu. Bütün gizli gedən qalan, uzun illlər özünü biruzə verməyəcək xəstəliklər, subklinik vəziyyətlər, hətta infeksiyalar kəskinləşdi.


Bakupost.az xəbər verir ki, bunu “Sabaha saxlamayaq” verilişində professor, pulmonoloq Əlizamin Sadirov bildirib.
“Pandemiyanın ilk aylarında protokollarda olan səhv təyinatlar, metodiki rəhbərliklər bizi yanlış yollara apardı. Bütün dünyada bu metodik tövsiyələr müvəqqəti idi, aybaay dəyişirdi. Amma bizdə dəyişmədi. Elə başdan başladılar Azitmorisin, Seftriaksion, Favirapvir, Levoflaksasindən bütün xəstələrə verdilər.

Yüksək hərarəti olan hər kəsə mütləq Azitromisin təyin olundu. Bizim həkimlər virusla bakteriyanı səhv saldılar. Bu gün Azərbaycan ciddi təhlükə altındadır.


Əgər sabah pnevmoniya epizodları olarsa, bərəm yayılarsa, yenə bir pandemiya olarsa biz hansı antibiotiki seçəcəyik? Bu sual altındadır.

Böyük faciə olacaq. 2 ildir Azərbaycanda Azitmorisin içən qalmayıb, artıq o dərmandan əlimizi üzməliyik.


Böyük aqressiya qarşıısnda qaldıq. Biz bilmirik ki, hansı antibiotikə ölkə üzrə nə qədər rezisdentlik var. Biz həkimlərin müalicəsi də sual altında qalacaq”.

Aygün Musayeva