Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

AzTu-nun əməkdaşı koronavirusdan vəfat etdi

  • 2021.03.13 17:10
  • 3290 Baxış
AzTu-nun əməkdaşı koronavirusdan vəfat etdi

Azərbaycan Texniki Universitetinin (AzTU) Avtomatika və idarəetmə kafedrasının əməkdaşı Rəna Kərimova 58 yaşında vəfat edib.

Medicina.az xəbər verir ki, bunu AzTU-nun mətbuat katibi Sevinc İsgəndərova bildirib.


O deyib ki, R.Kərimava koronavirus infeksiyasından dünyasını dəyişib.

Qeyd edək ki, mərhum 1963-cü ildə Bakıda anadan olub. 1980-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olub. 1985-ci ildə isə universiteti fərqlənmə ilə bitirib.

AzTU-nun rəhbərliyi və kollektivi Rəna Kərimovanın vəfatından kədərlənir, ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!