B 6 vitaminin faydaları – Kimlərə çox lazımdır?

  • 2020.11.16 18:37
  • 3973 Baxış
B 6 vitaminin faydaları  – Kimlərə  çox lazımdır?

Bu vitaminə əsəblərin vitamini də deyilir.

Tibdə adı piridoksin olan B 6 vitaminini idmançılar çox istifadə edir. Elə bir müalicə yoxdur ki, bu vitamin əlavə olaraq xəstəyə təyin etməsinlər.


1934-cü ildə Qiorqi adlı həkim siçanlar üzərində təcrübədə onlarda dəri xəstəliklərini müalicə edən maddə aşkarlayır. Ona Vitamin B 6 adı verilir.
1939-cu ildə vitaminin kimyəvi quruluşu açıqlanır və ona piridoksin deyilir.



Medicina.az B 6 vitamininin orqanizmdə vacib rolunu təqdim edir.

- Piridoksin zülalın tam mənimsənilməsinə yardım edir, bu isə bütün hüceyrələrin əsasıdır.
- Çox ət yeyən insanlar, idmançılar mütləq B 6 qəbul etməlidirlər
- B 6 qlükozanı qana çatdırır, ordan da toxumalara keçir. B 6 çatmamazlığı qlükozanı normadan çıxarır.
Şəkər xəstələri üçün bu səbəbdən vacibdir.

- Hemoqlobin üçün vacibdir. Hüceyrələrə oksigen daşınmasına nəzarət edir
- Əzələlərin böyüməsi, inkişafı üçün
- Sinir impulslarının ötürülməsini təmin edir
- Pis xolesterini azaldır
- Maye balansını tənzimləyir

- Trombositlərin yapışmasının qarşısını alır
- Dəri xəstəliklərində müalicəvidir
- Psixi, nevroloji pozuntularda vacibdir
- Gecə əl-ayaq uyuşmasına qarşıdır
- Təbii sidikqovucudur
- İnsanın DNT molekuluna təsir edir

Gördüyünüz kimi, əgər orqanizmdə B 6 vitamini çatmırsa, deməli yuxarıdakı sistemlərdə pozulmalar baş verəcək
Bəs hardan əldə etməli:

- B 6 vitamini ceviz, çərəz, fındıq, araxis, buğda, çovdar cücərtisi, ispanaq, kök, kartof, limon, pomidor, portağal, giləmeyvələrdə var.

Az miqdarda ət, süd, balıqda, yumurtada olur
Qidalar bişiriləndə vitamin məhv olur.

Ona görə də B 6 ilə zəngin meyvə tərəvəzi çiy yeməli. Əgər qidalanma zəifdirsə, o zaman əlavə olaraq B 6 vitamini – tablet və ya inyeksiya şəklində qəbul etməlisiz

B 6 çatışmazlığı depressiya, nevroz, təşviş, sinir, nevroloji xəstəliklər, apatiya, zəiflik, yorğunluq, hüceyrələrin aclığı, oynaqlarda problem, əl-ayaqda uyuşma, ürək-damar xəstəlikləri, damar tutulması, dəri xəstəlikləri, saçların tökülməsinə səbəb olur.

Kimlərə çox lazımdır?

- Son zamanlar koronavirus xəstəliyində bu virusa yoluxanlar üçün uzun müddət lazımdır
- Aktiv fiziki işdə çalışanlara
- Qeyri-sağlam və zəif qidalananlara
- Gərgin zehni işdə çalışanlara
- Qış aylarında
- Stress, depressiyada olanlara
- Hamilələrə, süd verənlərə
- Yaşlı insanlara
- Müxtəlif xəstəlik keçirənlərə