B12 vitamini ilə bağlı maraqlı fakt aşkarlandı

  • 2026.08.12 21:17
  • 106 Baxış
B12 vitamini ilə bağlı maraqlı fakt aşkarlandı

Alimlər B12 vitamininin bağırsaqdakı faydalı bakteriyalar arasında necə paylaşıldığını müəyyən ediblər.

Medicina.az xəbər verir ki, bəzi bakteriyalar B12 vitamini istehsal edir. Lakin bu vitamin yalnız həmin bakteriyalar parçalandıqdan sonra digər bakteriyalar üçün əlçatan olur. Bu proses bakteriyaları yoluxduran xüsusi virusların köməyi ilə baş verir.

Mütəxəssislər bildirirlər ki, bu mexanizm bağırsaqdakı faydalı bakteriyaların inkişafına və həzm sisteminin sağlam qalmasına kömək edir. Araşdırmanın nəticələri gələcəkdə bağırsaq sağlamlığı ilə bağlı yeni müalicə üsullarının hazırlanmasına dəstək ola bilər.

Xanım,
Medicina.az