Bağçalar da bağlanır - Vaxt açıqlandı

  • 2021.04.02 16:03
  • 1679 Baxış
Bağçalar da bağlanır -  Vaxt açıqlandı

Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən məktəbəqədər təhsil müəssisələri bağlanır.

Medicina.az xəbər verir ki, mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq aprelin 5-dən etibarən qeyd olunan ərazilərdə yerləşən məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti dayandırılır.

Qeyd edək ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində əyani tədris dayandırılır. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.