Bağırsağın işini yaxşılaşdıran su

  • 2021.05.15 18:04
  • 2564 Baxış
Bağırsağın işini yaxşılaşdıran su

Həkim qastroenteroloq Marat Zinnatulin mineral suların həzm sisteminə müsbət təsirindən danışıb.

Medicina.az xəbər verir ki, mineral sular mikroelementlərlə zəngindir. O, mədə-bağırsağın qastrit, xora, yara, qaraciyər, mədəaltı vəz xəstəliklərində faydalıdır.

Mineral sular duz-maye balansını təmin edir, sinir sisteminə təsir edir, hamilə qadınlarda toksikozda kömək edir.
Bəzi mineral suları həkimlər müalicə məqsədilə təyin edə bilər.