Bağırsaq xərçənginə qarşı ilk peyvənd 2 ilə vurulacaq

  • 2024.02.01 18:38
  • 883 Baxış
Bağırsaq xərçənginə qarşı ilk  peyvənd   2 ilə vurulacaq
Bağırsaq xərçənginə qarşı ilk vaksin 2 ilə hazır olacaq və kütləvi istifadəyə veriləcək.


“Medicina” xəbər verir ki, vaksini professor onkoloqlar Toni Dillon və Tim Prays icad edib.

Pasiyenrtlər üzərində ilk sınaq Britaniya və Avstraliyada keçiriləcək.

Müalicə 3 doza peyvəndəmədir. Peyvəndlər şiş hüceyrələrini öldürən T immun hüceyrələri aktivləşdirmək və şiş hüceyrələrini uzun illər yadda saxlaya biləcək antikorlar yaratmalıdır.

Əgər bu mexanizm uğurlu olarsa, bağırsaq xərçəngində əməliyyata gərək olmayacaq.

Vaksin III və IV dərəcə xəstələrdə sınanacaq. Müəlliflər qeyd edir ki, vaksin onlardan çoxunu xəstəlikdən tam xilas edəcək.


Aygün M