Bakı metrosunda koronavirus xəstələri aşkarlanır

  • 2021.10.21 16:11
  • 934 Baxış
Bakı metrosunda koronavirus xəstələri aşkarlanır

Bakı metrosunun “Memar Əcəmi” stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb.


Medicina.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat bildirilib.

Qeyd edilib ki, 1981-ci il təvəllüdlü Çingiz Orucov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.

Ç.Orucov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir.

Qeyd edək ki, daha əvvəl də metronun “Koroğlu” stansiyasında aktiv koronavirus xəstəsi saxlanılmışdır.