Bakı Sağlamlıq Mərkəzində bu əməliyyatın 10 illiyi qeyd olundu - FOTOLAR

  • 2021.02.24 13:10
  • 3411 Baxış
Bakı Sağlamlıq Mərkəzində bu əməliyyatın 10 illiyi qeyd olundu -  FOTOLAR
Azərbaycanda ilk Endovenoz Lazer Ablasiya əməliyyatının icrasından 10 il keçir.

Medicina.az xəbər verir ki, ilk dəfə 23 fevral 2011-ci il tarixində Professor Dr. Məhəmməd Kərimovun rəhbərliyi və onun əməkdaşları ilə birgə icra edilmiş Endovenoz Lazer Ablasiya əməliyyatının 10 yaşı tamam olması münasibəti ilə Bakı Sağlamlıq Mərkəzində tədbir keçirilib.

Tədbirdə klinikanın İcraçı direktoru Asiman Həsənov, baş həkimi Elxan Hacıyev, klinikanın həkim heyəti, tibbi və inzibati heyət iştirak ediblər. Rəhbərlik heyəti və həkimlər Prof. Dr. Məhəmməd Kərimova xoş arzularını dilə gətirib gələcək işlərində uğurlar arzu ediblər.