Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakı üzrə yoluxma STATİSTİKASI

  • 2021.05.27 09:25
  • 1254 Baxış
Bakı üzrə yoluxma  STATİSTİKASI


Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazilər məlum olub.

Medicina.az xəbər verir ki, paytaxt üzrə ən yüksək yoluxma yenə də Binəqədi rayonunda qeydə alınıb.

Bakıda aşkarlanan yoluxma faktlarının 14,6 %-i bu rayonun payına düşür.

Sonrakı yerlərdə 13,4 %-lə Xətai, 12,2 %-lə Yasamal, 11,2 %-lə Sabunçu, 8,2 %-lə Nərimanov və Suraxanı, 7,9 %-lə Nəsimi, 7,2 %-lə Xəzər, 7,1 %-lə Nizami 5 %-lə Səbail, 4,5 %-lə Qaradağ, 0,5 %-lə isə Pirallahı qərarlaşıb.